6 milyon nəfər Ukraynanı tərk eləyib
2022-05-11 17:46:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, BMT-nin hesabatına görə, müharibə başlanandan bəri Ukraynanı 6 milyon nəfərə yaxın sakin tərk eləyib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə, Ukrayna sərhədini 5 917 703 nəfər tərk edib. Komissarlığın məlumatına görə, ukraynalı qaçqınların yarıdan çoxu (3 234 036 nəfər) Polşaya keçib.
Ukraynalı qaçqınların 883 655 nəfəri Rumıniyaya, 739 418 nəfəri Rusiyaya, 572 760 nəfəri Macarıstana, 457 066 nəfəri Moldovaya, 404 463 nəfəri Slovakiyaya, 26 985 nəfəri isə Belarusa pənah aparıb.
Hürr Tərcüman