📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

6 yaşı var, rekord qırdı - Video

2026-09-23 11:11:20

6 yaşı var, rekord qırdı - Video

Çindən olan altı yaşlı Lian Yunçi Rubik kubunu yığaraq qadınlar arasında dünya rekordu müəyyən edib.

Hurriyyet.media  xəbər verir ki, bu haqda “South China Morning Post” məlumat yayıb.

Bildirilir ki, o, Çinin Quançjou şəhərində keçirilən “GraDUAL 3x3 IV 2026” yarışmasında Rubik kubunu beş dəfə yığaraq orta hesabla 4,27 saniyəlik nəticə göstərib və özünün daha əvvəl Uhanda müəyyən etdiyi 4,52 saniyəlik rekordunu yeniləyib.