📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

6 yaşlı uşaq faciəvi şəkildə öldü

2026-04-22 17:12:53

6 yaşlı uşaq faciəvi şəkildə öldü

Tovuzda 6 yaşlı uşaq elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hadisə rayonun Çatax kəndində qeydə alınıb.

Belə ki, 2020-ci il təvəllüdlü kənd sakini S. Quliyevi həyətlərində elektrik cərəyanı vurub.

Uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.