60 mindən çox ukraynalı döyüşmək üçün geri qayıtdı
2022-03-05 20:04:00
Minlərlə ukraynalı vətənini qorumaq üçün ölkəsinə geri qayıdıb.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat verib. Onun sözlərinə görə, 66 mindən çox ukraynalı kişi vətənini qorumaq və Rusiya ordusuna qarşı döyüşmək üçün xaricdən geri qayıdıb.
Müdafiə naziri qeyd edib ki, geri qayıdanların sayına görə təxminən 12 briqada təşkil etmək olar.\\Lent.az