62 yaşlı Monika gündə 5 dəfə yemək yeyir
Dünyaca məşhur italiyalı aktrisa Monika Belluççi 62 yaşında olmasına baxmayaraq, görünüşü ilə diqqət çəkir. Aktrisa illərdir tətbiq etdiyi sağlam həyat tərzi ilə bağlı bəzi detalları bölüşüb.
Hurriyyet.net xarici mətbuata istinadən xəbər verir ki, Belluççi bildirib ki, formada qalmaq üçün sərt pəhrizlərə və ağır məşqlərə üstünlük vermir. Onun sözlərinə görə, əsas məsələ balanslı qidalanmaq və porsiyalara nəzarət etməkdir.
Aktrisa makaron və tort kimi sevdiyi qidaları tamamilə rasionundan çıxarmadığını deyib. O, bu məhsulları qadağan etmək əvəzinə miqdarına diqqət etdiyini vurğulayıb.
Belluççinin qidalanma rejimində səhər, günorta və axşam yeməkləri ilə yanaşı, iki ara yemək də yer alır. O, gün ərzində ümumilikdə beş dəfə qidalandığını bildirib. Aktrisanın qidalanmasında tərəvəz, meyvə, yağsız zülal və zeytun yağı əsas yer tutur. Fındıq və avokado kimi faydalı yağ mənbələrini də rasionuna daxil edən Belluççi sevdiyi qidalara tam qadağa qoymur.
O, ağır və intensiv məşqlər əvəzinə zövq aldığı fiziki fəaliyyətlərə üstünlük verir. Belluççi zaman-zaman pilateslə məşğul olduğunu, həftədə bir neçə dəfə isə təxminən 45 dəqiqə üzdüyünü qeyd edib.






