📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

63 yaşlı kişi 5 tonluq maşının altında CAN VERDİ

2026-08-25 17:12:48

63 yaşlı kişi 5 tonluq maşının altında CAN VERDİ

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rəhman Allahverdiyev idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 63 yaşlı İman Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.//Lent.az