63 yaşlı kişi Kürdə batdı
2026-11-23 11:15:35
Qazaxda 63 yaşlı kişi Kürdə batıb.
Hurriyyet.net “Qafqazinfo” istinadən xəbər verir ki, rayonun Birinci Şıxlı kənd sakini 1963- cü il təvəllüdlü Yaqub Məmmədov Kür çayında batıb.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin Sularda Xilasetmə Birliyinin xilas ediciləri cəlb olunub.
Hazırda onun axtarışları davam edir.