📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

639 balla universitetə daxil olan tələbə faciəvi şəkildə vəfat etdi - FOTO

2022-07-14 14:50:00

639 balla universitetə daxil olan tələbə faciəvi şəkildə vəfat etdi - FOTO

Azərbaycanda tələbə faciəvi şəkildə vəfat edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Universitetləri feysbuk hesabında bildirib.

Belə ki, "E-Manat", "Payriff" kimi şirkətlərdə çalışmış Ramil Cəfərzadə 3 gün öncə Bakıda, dənizdə çimərkən boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, o, 639 balla Bakı Mühəndislik Universitetinə daxil olub. Məzun olduğu ildə 79 balla Azərbaycan Texniki Universitetinin magistratura pilləsinə qəbul olubmuş.