📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

64 məktəb direktorunun müqaviləsi uzadılmadı

2024-09-13 21:22:49

64 məktəb direktorunun müqaviləsi uzadılmadı

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış direktorların fəaliyyətləri ilə bağlı araşdırma aparılıb.

Agentlikdən Hurriyyet.Az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində ümumi təhsil müəssisələrində bəzi çatışmazlıq və nöqsanlar, eyni zamanda, şagirdlərin nəticələrində geriləmələr müşahidə edilib. Nəticədə ölkə üzrə ümumilikdə 64 məktəb direktorunun 2024-2025-ci tədris ili üzrə müqavilələrinin uzadılmaması qərara alınıb.

Tədris prosesinin keyfiyyətinin artırılması və müəssisələrin fəaliyyətində şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən nəzarət tədbirləri sistemli və ardıcıl şəkildə davam etdirilir.