📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

6400 illik soba tapıldı

2024-08-16 16:58:18

6400 illik soba tapıldı

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyədə - Malatya düzündəki Arslantepe kurqanında  6400 il bundan əvvələ aid qədim soba aşkar edilib. Kurqan YUNESKO-nun Ümumdümya irsi siyahısına daxildir.
Eramizdan 4200-4400 il əvvələ məxsus olduğu iddia edilən tapntının eni 2 metrdən artıqdır. Arxeoloqlar sobadan bir neçə ailənin birlikdə istifadə etdiklərini güman edirlər. Arxeoloqlar qruöunda Françesko Balossi Restelli başçılıq edir.
Axtarışlar zamanı bilərziklər, sırğalar, muncuqlar, qırmızı daşdan və sümükdən hazırlanmış möhürlər aşkar edilib.
Ərazidə arxeoloji işlər iyulun 16-da başlanıb və daha iki ay davam edəcək.
Hürr Tərcüman