📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

65 yaşlı kişi su quyusunda boğulub öldü

2026-11-25 10:31:32

65 yaşlı kişi su quyusunda boğulub öldü

Tərtər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.net  əldə etdiyi məlumata görə, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Nağıyev Məhəmməd Böyükağa oğlu yaşadığı evin həyətində yerləşən su quyusuna düşərək boğulub.

Meyit Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.