📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

66 yaşlı qadını maşın vurub öldürdü

2026-10-17 16:42:20

66 yaşlı qadını maşın vurub öldürdü

Zaqatalada yük maşınının vurduğu 66 yaşlı qadın ölüb.

Hurriyyet.net  məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisində qeydə alınıb.

Xarici dövlətə məxsus iritonnajlı yük avtomobili Qax rayonu istiqamətində hərəkətdə olarkən yolun hərəkət zolağında olan piyada - Zaqatalanın Faldarlı kənd sakini, 1960-cı il təvəllüdlü Firəngiz Səlim qızı Məmmədovanı vurub.

F.Məmmədova ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də,  həkimlərin səylərinə baxmayaraq, o, əməliyyatdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.