67 yaşlı general özünə toy etdi
2026-02-01 21:05:26
DİN-nin Polis Akademiyasının sabiq rəisi polis general-mayoru Nazim Əliyev özünə toy edib.
Gununsesi.info-nun xəbərinə görə, general özündən təxminən 35 yaş kiçik xanımla ailə qurub.
Təmtəraqlı toy məclisi təşkil edən Nazim Əliyevin yeni həyat yoldaşı ilə nikahı da toy məclisində təsdiq olunub.
Qeyd edək ki, Nazim Əliyev hazırda Vəkillər Kollegiyasının üzvüdür.