📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

69 yaşlı kişini maşın vurub öldürdü

2026-11-27 10:56:20

69 yaşlı kişini maşın vurub öldürdü

Xaçmazda avtomobil 69 yaşlı kişini vuraraq öldürüb.

Hurriyyet.net  xəbər verir ki, hadisə Şabran-Xaçmaz avtomobil yolunun rayonun Mehrəliqışlaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü Zakir İsmayılovu vurub.

69 yaşlı kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.