7 ildən sonra ilk dəfə - Çin iki müsəlman ölkəsini barışdırdı
2023-04-06 11:47:00
Hurriyyet.az xəbər verir ki, Çinin paytaxtında son 7 il ərzində ilk dəfə olaraq İran ilə Səudiyyə Ərəbistanının XİN rəhbərlərinin görüşü keçirilib.
İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Pekində səudiyyə ərəbistanlı həmkarı Feysal ben Fərhan Əl Səud ilə görüşüb. Bu barədə məlumatı Çin Xalq Respublikasının Mərkəzi Televiziyası verib. Bu görüşdən əvvəl nazirlər bir neçə dəfə telefonla danışıblar.
Qeyd edək ki, iki ölkə arasında barışığın əldə edilməsində əsas vasitəçi rolunu Çin oynayıb.
Hürr Tərcüman