7 uşaq anası NATO-nun Baş katibi ola bilər - Avrokomissiyanın Prezidenti namizəddir
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin NATO-nun Baş katibi vəzifəsinə namizəd olduğu bildirilir. Bu xəbəri “San” (“The Sun”) nəşri diplomatik mənbələrə istinadla verib.
Lyayenin Avropa Komissiyasının Prezidenti postunda vəzifə müddəti gələn il bitir. Diplomatik mənbənin versiyi xəbərə görə, NATO-ya üzv olan bir sıra ölkələr bu ilin oktyabr ayından etibarən onun alyansa başçılıq etməsini təklif ediblər.
Britaniyadakı mənbələrin fikrincə, Britaniya fon der Lyayenin namizədliyinə vero qoya bilər – bunun səbəbi onun Almaniyanın Silahlı Qüvvələrinin rəhbəri vəzifəsindəki yarıtmaz fəaliyyətidir.
Həmçinin, Britaniyanın Müdafiə naziri Ben Volles son 20 il ərzində NATO-nun Böyük Britaniyadan olan ilk Baş katibi olmaq niyyətindədir.
Şimali Atlantika Hərbi İttifaqının indiki Baş naziri Yens Stoltenberqin vəzifə müddəti hələ ötən il başa çatsa da, Ukraynadakı müharibə səbəbindən vəziyyətin ağır olduğu dövrdə alyans daxilində qarışıqlıq yaranmaması üçün istefası bu ilin oktyabr ayına qədər təxirə salınmışdı.
Lyayenin atası Avropa Komissiyasında Rəqabət üzrə Baş Direktorluğun rəhbəri vəzifəsində işləyib. Xanım Lyayen 1958-ci ilin 8 oktyabrında Belçikanın paytaxtı Brüsselin İxelles rayonunda doğulub.
Təhsilini 1977-ci ildə Göttingen və Münster universitetlərində davam etdirib və burada iqtisadiyyat üzrə təhsil alıb. 1978-ci ildə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dərslərdə iştirak edib. O, Hannover Tibb Məktəbində tibb təhsili alıb, 1987-ci ildə dövlət imtahanı və həkim kimi aprobasiya ilə bitirib.
1988-1992-ci illərdə Hannover Universiteti Xəstəxanasının ginekoloji şöbəsində köməkçi həkim vəzifəsində çalışıb. 1991-ci ildə təhsilini başa vurduqdan sonra Ursula fon der Lyayen tibb elmləri doktoru olmaq üçün dissertasiya müdafiə edib. 1992-ci ildən 1996-cı ilə qədər o, ailəsi ilə birlikdə Kaliforniyanın Stanford şəhərində yaşayıb. Bu müddət ərzində onun həyat yoldaşı Heiko fon der Lyayen Stanford universitetində professor vəzifəsində çalışıb.
Xanım Lyayen 1998-2002-ci illərdə Hannover Tibb Məktəbində Epidemiologiya, Sosial Təbabət və Səhiyyə Tədqiqatları Departamentində müəllim işləyib, 2001-ci ildə İctimai Səhiyyə üzrə magistr dərəcəsi alıb. O, ana dilindən əlavə fransız və ingilis dillərini mükəmməl öyrənib.
Həyat yoldaşı Heiko fon der Lyayen 1980-cı illərin ortalarında genetik mühəndisliyi texnologiyasını inkişaf etdirən “Orgenesis Inc” şirkətinin tibbi direktoru olub.
Cütlüyün yeddi övladı var.
Hürr Tərcüman
