📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

7 yaşlı İsmayılın yazdığı şeir müzakirələrə səbəb oldu - VİDEO

2022-05-06 22:42:00

7 yaşlı İsmayılın yazdığı şeir müzakirələrə səbəb oldu - VİDEO

Türkiyədə 7 yaşlı İsmayılın yazdığı şeir sosial mediada maraqla qarşılanıb

Anası oğlunun yazdığı misraları paylaşaraq təəccübünü ifadə edib. Digər maraqlı məqam isə müğənni Ufuk Beydemirin həmin şeiri bəstələyərək mahnı oxuması olub.

O, bu barədə instaqram hesabında paylaşaraq sətrləri görəndən sonra özünü saxlaya bilmədiyini qeyd edib.

İstər misralar, istərsə də ifa izləyicilər tərəfindən bəyənilib. Onlar 7 yaşlı uşağın istedadına heyran qalaraq bu ifanı eşidəndən sonrakı təəsüratlarını bölüşüblər.

7 yaşlı İsmayılın yazdığı şeir müzakirələrə səbəb oldu - VİDEO

 

Axşam.az