📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO

2023-11-30 20:48:00

70 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - FOTO

Uqandada 70 yaşlı qadın Süni mayalanma müalicəsi ilə əkiz uşaq dünyaya gətirib.

Uqandanın paytaxtı Kampaladakı Beynəlxalq Doğum və Ginekologiya Xəstəxanası sosial media hesabından verdiyi açıqlamada 70 yaşlı Safina Namukşayanın biri oğlan, biri qız olmaqla əkiz uşaq dünyaya gətirdiyini açıqlayıb.

Açıqlamada, doğumun təkcə tibbi bir uğur olmadığı, həm də "insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyduğu" deyilib.

Həmçinin bildirilir ki, Afrikanın "ən yaşlı doğum edən qadın" olduğu təxmin edilən Namukwayanın bir müddətdir süni mayalanma müalicəsi aldığı və qadının ilk dəfə ana olduğu bildirilib.

Qeyd edilib ki, Namukwaya illərdir ana ola bilmədiyi üçün ətrafdakılar tərəfindən sonsuz olduğunu eşidib.

Ana Namukwaya və körpələrinin səhhətinin yaxşı olduğu bildirilib.\\Manset.az