700 nəfər İrana casusluqda ittiham edilir
Hurriyyet.az xəbər verir ki, "Bild" nəşrinin məlumatına görə, Almaniyada "Mustafa Universiteti" adlandırılan Berlin İslam Universiteti ilə əlaqədar olan 700 nəfərə qədər şəxsin fəaliyyəti araşdırılır - onlar İran hökumətinə xidmət etməkdə şübhəli hesab edilirlər.
İstintaqın iddiasına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" qüvvələri bu universitet vasitəsi ilə casuslar qazanırlar.
ABŞ-ın Maliyyə Nazirliyinin materiallarına görə, "Qüds" qüvvələri"Mustafa Beynəlxalq Universiteti"ndən özünə tərəfdar cəlb etmək, kəşfiyyat məlumatları toplamaq, əməliyyatlar aparmaq, döyüşçu qrupları formalaşdırmaq üçün istifadə edir.
Şübhəlilər 3 qrupa bölünüb: 63 nəfər Almaniya vətəndaşı, 551 nəfər universitet tələbəsi, Almaniyadan olan 78 nəfər təcrübəçi.
ABŞ ilə Kanada artıq uzun illərdir ki, universitetə qarşı sanksiyalar tətbiq edirlər.
Hürr Tərcüman