73 yaşlı TIR sürücüsünün sükan arxasında meyiti aşkarlandı
2026-10-11 20:25:18
Qazaxda TIR-da Gürcüstan vətəndaşının meyiti aşkarlanıb.
Hurriyyet.net xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.
1953-cü il təvəllüdlü Gürcüstan vətəndaşı Yuri Lançavаnın meyiti idarə etdiyi iritutumlu DAF markalı yük avtomobilinin sükanı arxasında aşkarlanıb.
İlkin məlumata görə, Y. Lançavа ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır.