75 yaşlı şəxs bağlı qapı arxasından belə xilas edildi - Video
2026-11-19 12:38:05
Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən yaşayış binasında vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hurriyyet.net xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 1951-ci il təvəllüdlü vətəndaşı yaxınlarına təhvil veriblər.