76 yaşlı Tramp 2024-cü il prezident seçkilərində iştirak edəcəkmi?
2022-11-04 18:45:00
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək barəsində düşünür. “Röyters” agentliyinin yazdığına görə, Trampın müşavirləri onun bu ay öz namizədliyi barəsində Ağ Evə sənəd verə biləcəyinin mümkün olduğunu söyləyiblər. Eks—prezident özü də Ayovada keçirilən mitinq zamanı qayıdışının mümkün ola biləcəyini söyləyib. Tramp deyib: “İndi, ölkəmizi uğurlu, təhlükəsiz və şərəfli eləmək üçün mən çox, çox, çox ola bilsin ki, bunu yenidən edəcəyəm. Hazırlaşın – sizə deyəcəyim budur. Çox tezliklə. Hazırlaşın”.
Hürr Tərcüman