📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

77 yaşlı fizik vətənə xəyanətə görə 14 il azadlıqdan məhrum edilib

2024-05-21 16:08:46

 77 yaşlı fizik vətənə xəyanətə görə 14 il azadlıqdan məhrum edilib

Rusiyada 77 yaşlı fizik vətənə xəyanətə görə 14 il azadlıqdan məhrum edilib. Belə ki, Anatoli Maslov dövlətə xəyanətdə (Cinayət Məcəlləsinin 275-ci maddəsi) ittiham olunub.

Alim bir ildən çox istintaq təcridxanasında yatdı və orada infarkt keçirdi. Vəkillər cəzanı onun üçün ölümcül adlandırıblar. Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Nəzəri və Tətbiqi Mexanika İnstitutunun keçmiş baş elmi işçisi 2022-ci ilin yayında həbs edilib. Müstəntiqlərin fikrincə, Maslov hipersəs sahəsində gizli elmi inkişaflar haqqında məxfi materialları alman kəşfiyyatına təhvil verib.
Fizikin müdafiəsi istintaqın cinayətin sübutunu tapmadığını bildirib. Maslov özü günahını inkar edib.

Ülviyyə, Hurryyet.az