79 nəfər ukraynalı uşaq həlak olub, 100 nəfərə qədəri yaralıdır
2022-03-12 13:36:00
Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynada müharibənin 16 günü ərzində 79 nəfər uşaq həlak olub, 100 nəfərə yaxın uşaq yaralanıb. Bu barədə açıqlamanı Baş Prokurorluq ofisi verib.
Kiyev, Xarkov, Donetsk, Suma, Xerson və Jitomirdə zərərəkənlərin daha çox olduğu bildirilir. Rusiya hərbçiləri hərbi əməliyyatları davam etdirdiyi üçün atəşə tutulan məntəqələrdən daha dəqiq məlumatlar əldə eləmək mümkün deyil. Buna görə də, ölən və yaralananların əslində daha çox olduğu güman edilir.
Ukraynaya Rusiya ordusunun hücumu başlanandan bəri keçən günlər ərzində ümumilikdə 280 təhsil müəssisəsi dağıdılıb, onlardan 9-u tamamilə yer üzündən silinib.
Hürr Tərcüman