8 aylıq hamilə qadın öldü
2026-11-17 11:55:16
Bakının Qaradağ rayonunda hamilə qadın vəfat edib.
Hurriyyet.net “Trend”ə istinadən xəbər verir ki, hadisə bu gün saat 06 radələrində Şonqar qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü N.Xəlilova hamiləliyinin səkkizinci ayında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.