📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

8 illik səyahətdən sonra Merkuriyə çatdı

2026-11-22 13:42:06

8 illik səyahətdən sonra Merkuriyə çatdı

Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) birgə “BepiColombo” missiyası səkkiz ildən çox davam edən və təxminən 10 milyard kilometrlik səyahətdən sonra Merkuriyə çatıb.

Hurriyyet.net  xəbər verir ki, kosmik aparat kritik orbital manevri tamamlayaraq Merkuri ətrafında fırlanan tarixdə ikinci missiya kimi qeydə alınıb.

Missiya çərçivəsində ESA-nın “Mercury Orbiter” (MPO) və JAXA-nın “Mio” kosmik aparatlarının dekabrın 9-10-da ayrılaraq fərqli orbitlərə çıxması nəzərdə tutulur. Elmi müşahidələrə isə 2027-ci ilin aprelində başlanılması planlaşdırılır.

Günəşə ən yaxın və Günəş sisteminin ən kiçik planeti olan Merkuri kəskin temperatur fərqləri ilə seçilir - gündüz səthində temperatur 450 °C-yə çatır, gecə isə -180 °C-yə enir. Alimlər planetin kiçik ölçüsünə baxmayaraq, sıx və iri metal nüvəyə malik olmasının səbəblərinə də aydınlıq gətirməyə çalışacaqlar.

Aparatların Merkuri ətrafında təxminən üç il fəaliyyət göstərəcəyi, yanacaqları tükəndikdən sonra isə planetin səthinə düşəcəyi gözlənilir.