📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

8 kəndə görə Bakı ilə müharibə ola bilər - Erməni nazirdən şok açıqlama

2023-12-29 17:23:04

8 kəndə görə Bakı ilə müharibə ola bilər - Erməni nazirdən şok açıqlama

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Azərbaycanın işğal altında qalan 8 kəndinin qaytarılmasının mümkün mexanizmlərini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, erməni nazir iki mümkün variantın olduğunu deyib.

“Bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşməlidir. Bundan sonra iki proses gedə bilər: ya müharibə, ya da ərazi tənzimlənməsi, yaxud delimitasiya prosesində məsələnin müzakirə edilməsi”, - Sanosyan bildirib.

Qeyd edək ki, Qazaxın 7 kəndi və Kərki kəndi Ermənstan işğalında qalıb.

publika.az