📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - Video

2023-12-04 12:34:19

8 Noyabr prospektində ağır qəza, işıqfor dirəyi sıradan çıxdı - Video

Xətai rayonu ərazisində ağır yol qəzası baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, hadisə dünən axşam saatlarında 8 Noyabr prospektində (Asiman şadlıq sarayının qarşısı) qeydə alınıb.

Qəza nəticəsində 1 ədəd işıqfor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb. Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür.

NİİM sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir.