📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

8 tüfəng aşkarlandı

2026-03-29 13:15:06

8 tüfəng aşkarlandı

Martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 8 tüfəng və 100 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.