80 yaşlı prezident 120 il yaşamaq istəyir
80 yaşlı Braziliya prezidenti Luis İnasio Lula da Silva seçki kampaniyası mitinqində 120 yaşına qədər yaşamağı planlaşdırdığını açıqlayıb.
Rio-de-Janeyroda çıxış edən prezident 120 yaşına qədər yaşamaq və ölkənin siyasi həyatında iştirak etməyə davam etmək niyyətində olduğunu deyib.
O, nikbin proqnozunda tərəfdarlarını 70 yaşdan yuxarı vətəndaşları seçki məntəqələrinə getməyə təşviq etməyə çağırıb, çünki Braziliyada səs vermək onlar üçün məcburi deyil, könüllüdür.
Oktyabrın 4-də keçiriləcək seçkilər tarixi ola bilər: əgər qalib gəlsə, Lula da Silva dördüncü müddət üçün prezident olacaq. Sorğular gərgin yarışın olacağını göstərir: birinci turda Lula əsas rəqibi Flavio Bolsonaroya qarşı 36 faiz səslə 40 faiz səs toplaya bilər və namizədlər arasındakı fərq ikinci turda minimuma endirilə bilər.//Lent.az