81 yaşlı Bayden 2024-cü il seçkilərində də iştirak edəcək
2023-04-25 14:28:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden növbəti seçkilərdə də namizədliyini irəli sürdüyünü rəsmən bəyan edib.
Bayden Tvitter səhifəsində yazıb: “Hər bir nəslin elə bir məqamı olur ki, həmin nəsil demokratiyanı və azadlığın fundamental prinsiplərini müdafiə eləməli olur. İndi həmin məqamdır. Məhz buna görə mən yenidən Birləşmiş Ştatların Prezidenti vəzifəsinə namizədliyimi verirəm”.
Cozef bayden 1942-ci il noyabrın 20-də dünyaya gəlib. ABŞ-da növbəti seçkilər 2024-cü il noyabrın 5-nə təyin edilib.
Hürr Tərcüman