810 ailənin məskunlaşdığı yaşayış kompleksi niyə qaranlığa qərq olub? - VİDEO
Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, 810 ailənin yaşadığı Yeni Yaşayış kompleksinin həyəti işıqlandırılmır.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, burada axşam düşən kimi hər yer qaranlığa bürünür.
Bu da oğurluq hallarına zəmin yaradır.
Bu binalarda keçmiş məcburi köçkünlər məskunlaşıblar. Onlar deyirlər ki, öz yurdlarına qayıdana qədər səbr etməyə çalışırlar, amma qaranlıq həyət onların özlərindən çox uşaqlarını qorxudur.
Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə bildirildi ki, Kürdəxanı qəsəbəsində yerləşən 810 ailəlik yaşayış massivində müvəqqəti məskunlaşmış sakinlərin müraciəti ilə bağlı Dövlət Komitəsi məlumatlıdır. Məsələ ilə əlaqədar hazırda müvafiq işlər aparılır. İl ərzində ərazidə küçə işıqlandırma sisteminin yenilənməsi, eləcə də yollarda yaranan problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.