📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

8,3 milyon ukraynalı evindən didərgin düşüb

2022-04-26 20:57:00

8,3 milyon ukraynalı evindən didərgin düşüb

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumata görə fevralın 24-dən aprelin 25-nə qədər keçən müddət ərzində Ukrayna sərhədlərini 5 264 767 nəfər qaçqın tərk edib. Ümumilikdə, müharibə başlanandan bəri 8,3 milyon ukraynalı evindən didərgin düşüb. Onların bir qismi daxili köçkünə çevrilib.

Ukraynanı tərk edən vətəndaşların yarısından çoxu – 2922978 nəfəri Polşadadır. 782 598 nəfər Rumıniyaya, 614 318 nəfər Rusiyaya, 496 914 nəfər Macarıstana, 435 275 nəfər Moldovaya, 357 560 nəfər Slovakiyaya, 24 578 nəfər Belarusa üz tutub.

Hürr Tərcüman