📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - Foto

2026-11-14 11:38:59

83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - Foto

Amerikalı aktyor Robert De Niro həyat yoldaşı (partnyoru) Tiffani Çen ilə tədbirə qatılıb.

Hurriyyet.net  xəbər verir ki, Nyu-Yorkdakı tədbirdən fotolar “People” nəşri tərəfindən yayımlanıb.

Belə ki, 83 yaşlı De Niro 47 yaşlı xanımı ilə baş rollardan birini canlandırdığı yeni komediya filminin premyerasında iştirak edib.

Qeyd edək ki, Robert De Niro və Tiffani Çen ilk dəfə 2015-ci ildə, Çenin döyüş sənəti təlimatçısı kimi çalışdığı “Təcrübəçi” (“The Intern”) filminin çəkiliş meydançasında tanış olublar. Onların münasibəti 2021-ci ildə başlayıb və 2023-cü ilin aprelində cütlüyün Cia Virciniya adlı qız övladı dünyaya gəlib.