📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

83 yaşlı sənətçi sevgilisindən atalıq testi tələb etdi - FOTOLAR

2023-06-02 19:35:00

83 yaşlı sənətçi sevgilisindən atalıq testi tələb etdi - FOTOLAR

83 yaşlı məşhur aktyor Al Paçino ata olacağı barədə məlumatı təəccüblə qarşılayıb.

Sənətçi ata ola bilmək üçün problemlərinin olduğunu düşünür və bu səbəbdən o, 29 yaşlı sevgilisi Nur Alfallahdan atalıq testi tələb edib. İddia edilir ki, 29 yaşlı qadın sənətçinin tələb etdiyi testi etdirib. Uşaq həqiqətən də Al Paçinonun uşağıdır. Bildirilir ki, Al Paçino ata olacağını iki ay əvvəl bilib. Qadın isə 8 aylıq hamilədir.

Qeyd edək ki, Al Paçino və Nur Alfallah 2022-ci ildən bəri birlikdədir. Onların sevgili olduğu Nur Alfallahın sosial media hesabında paylaşdığı fotodan sonra gündəm olub. Nur Alfallahdan imkanlı ailənin övladıdır. Onun atası neft şirkətlərindən birinin rəhbəridir. Qadının adı buna qədər bir sıra şəxslərlə sevgili kimi hallanıb.

 

 

Metbuat.Az