📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

85 milyon insan iş yerini itirəcək - Nazir

2024-07-19 21:31:36

85 milyon insan iş yerini itirəcək - Nazir

Süni intellektin əmək bazarına təsiri nəticəsində xeyli sayda insan iş yerini itirəcək.

Hurriyyet.Az Oxu.az-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dördüncü "Yüksəliş" müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, süni intellektin əmək bazarına təsiri nəticəsində 85 milyon insan iş yerini itirəcək:

"Buna baxmayaraq, yeni müasir tələblərə uyğun 97 milyon yeni iş yeri açılacaq.

Bu gün əmək bazarında xeyli sayda ixtisassız işçi qüvvəsi var".