📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi - VİDEO

2021-07-12 12:40:00

9 aydan sonra nəşi tapılan şəhidimiz dəfn edildi - VİDEO

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən və 9 aydan sonra nəşi tapılan şəhidi, kapitan Pənahov Əkbər Bəylər oğlu dəfn olunub.

O, İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Xətai Rayon İcra Hakimiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələri və şəhidimizin yaxınları iştirak edib.

Qeyd edək ki, Ə.Pənahov 12 avqust 1990-cı ildə anadan olub. Şəhidimiz ailəli olub. İki övladı vətənə yadigar qalıb.