📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir

2024-06-14 21:30:40

9 gündə 22 yoluxma, 4 ölüm baş verdi - Şəhər əhalisi təşviş içindədir

Türkiyədə havaların istiləşməsi ilə gənələrdən qaynaqlanan Krım-Konqo Qanamalı Qızdırması (KKKA) hallarında artım müşahidə olunur.

Sivas şəhərində artıq 22 yoluxma halı aşkarlanıb.
Yoluxanlardan 4-ü ölüb.
Son 9 gündə 22 yoluxma və 4 ölümün baş verdiyi bölgədə əhali təşviş içindədir.

Sivas valiliyindən bildirilib ki, xəstəlik mövsümi və ətraf mühit amilləri səbəbiylə baş verir. Sivas və ətraf vilayətlərdə gənə ilə yoluxan KKKA-nın qarşısının alınması üçün maarifləndirmə işləri aparılır.\\Referans.Az