9 yaşlı uşağı avtomobil vurub öldürdü - ANBAAN VİDEO
2021-12-21 10:50:00
Abşeronda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hurriyyet.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Qəza Fatmayi qəsəbəsində qeydə alınıb. Hadisə zamanı "Mercedes-Benz” markalı avtomobil yola qaçan 9 yaşlı uşağı vurub.
Qəza zamanı azyaşlı dünyasını dəyişib.
Hadisə anı təhlükəsizlik kamerasına əks olunub.
Həmin görüntüləri təqdim edirik: