📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

9 yaşlı uşaq gölməçəyə düşərək ölüb

2026-04-08 10:35:19

9 yaşlı uşaq gölməçəyə düşərək ölüb

Qobustanda 9 yaşlı uşaq gölməçəyə düşərək ölüb.

Qobustan rayonu ərazisində yerləşən qış otlaq sahəsində yaşayan, 2017-ci il təvəllüdlü Heybət Heybətli həmin qış otlaq sahəsinin yaxınlığında təbii şəkildə yaranmış gölməçəyə öz ehtiyatsızlığından yıxılması nəticəsində orada boğularaq ölüb.

Hazırda faktla bağlı Qobustan rayon prokurorluğunda araşdırma aparılır.