900-ə yaxın ayını güllələyəcəklər
2026-10-06 12:51:57
Rumıniya Prezidenti Nikusor Dan ölkədə ayı populyasiyasının azaldılmasını nəzərdə tutan Qanunu imzalayıb.
Hurriyyet.net “Euronews”a istinadən xəbər verir ki, sənəd 2026-cı ilin sonuna qədər 859 qonur ayının vurulmasına icazə verir.
Bununla yanaşı, əhali üçün təhlükə artarsa, “müdaxilə tədbiri” kimi daha 110 ayı zərərsizləşdirilə bilər.
Sözügedən yeni qanun sentyabrın 16-da Deputatlar Palatası tərəfindən qəbul edilib.
Qeyd edək ki, Rumıniya Avropada qonur ayıların ən çox məskunlaşdığı ölkədir