93-cü briqada rus ordusunu sərhədə doğru qovdu
2022-03-02 11:41:00
Ukrayna ordusunun 93-cü “Xolodniy Yar” briqadasının bölmələri rus ordusunu Rusiya sərhədinə tərəf geri oturdub.
Hurriyyet.az xəbər verir ki, bu barədə briqadadan məlumat verilib.
“Səhəri yaxşı xəbərlərlə açırıq. 93-cü briqada ayrı-ayrı yerlərdə rusları öz sərhədlərinə tərəf geri çəkilməyə məcbur edib. Düşmənin hərbi karvanı vurulub, çoxlu qənimət ələ keçirilib. Təfərrüat daha sonra olacaq”, - məlumatda qeyd olunub.