📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

93 yaşlı milyarder Abramoviçin keçmiş qayınanası ilə evlənib

2024-06-03 13:43:59

93 yaşlı milyarder Abramoviçin keçmiş qayınanası ilə evlənib

93 yaşlı media maqnatı, milyarder Rupert Merdok rusiyalı milyarder Roman Abramoviçin keçmiş qayınanası - 67 yaşlı Yelena Jukova ilə evlənib.

Hurriyyet.az xəbər verir ki, toy mərasimi media maqnatının Kaliforniyadakı malikanəsində baş tutub.

Bildirilir ki, bu evlilik Rupert Merdokun sayca 5-ci evliliyidir.

Qeyd edək ki, Merdokun media imperiyasına “The Wall Street Journal”, “Fox News” kimi nüfuzlu media orqanları daxildir. “Forbes”in məlumatına görə Rupert Merdokun təxminən 20 milyard dollar dəyərində sərvəti var.

yeniavaz.com