97-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
2022-05-31 14:00:00
Müharibənin 97-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 184 təyyarəsi, 128 helikopteri, 1070 PUA-sı, 325 zenit-raket kompleksi, 3342 tank və digər zirehli texnikası, 454 reaktiv yaylım atəş sistemi, 1738 artilleriya və minaatanı, 3311 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.