📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AB-dən Priqojinin anası ilə bağlı qərar

2024-09-13 13:12:40

AB-dən Priqojinin anası ilə bağlı qərar

Avropa Birliyi rusiyalı Formula-1 pilotu Nikita Mazepin və “Vaqner” özəl hərbi şirkətinin keçmiş rəhbəri Yevgeni Priqojinin anası Violetta Priqojinaya qarşı sanksiyaları ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə AB-nin rəsmi jurnalında dərc edilmiş məlumatda qeyd olunub.

Avropa Məhkəməsi adıçəkilən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsi barədə qərar qəbul etdiyi üçün AB Şurası onları qara siyahıdan çıxarıb.