📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AB Kiyevi arxayın etdi: Əlavə yardıma hazırıq!

2023-12-15 22:20:54

AB Kiyevi arxayın etdi: Əlavə yardıma hazırıq!

Avropa Birliyinin (AB) 26 ölkəsi büdcə qaydalarının sadələşdirilməsi müqabilində Ukraynaya yardımı davam etdirmək üçün ittifaq büdcəsinə əlavə töhfələr verməyə hazırdır.

Bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

Qeyd edək ki, bundan əvvəl AB-nin qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han bildirmişdi ki, Macarıstanın zidd bəyanatlarına baxmayaraq AB ölkələrinin liderləri bu həftənin sonuna qədər Ukraynaya dəstək üçün təxminən 50 milyard avro ayrılması barədə razılığa gələ bilərlər.\\Axar.az