📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AB liderləri İsrailə getdilər

2023-10-13 15:59:00

AB liderləri İsrailə getdilər

Avropa Birliyi Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Parlamentinin sədri Roberta Metsola HƏMAS-ın hücumundan sonra həmrəylik ifadə etmək üçün bu gün İsrailə səfər ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

“Biz İsrailin nəsillər boyu yaşadığı ən dəhşətli terror hücumundan sonra həmrəylik mesajı ilə buradayıq. Bizim necə reaksiya verdiyimiz önəmlidir. HƏMAS-ı dayandırmalıyıq, bunu edə bilərik. Və humanitar nəticələri azaltmaq üçün əlimizdən gələni edirik”, - Metsola X səhifəsində yazıb./axar.az/