📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AB-nin Ukraynaya ayırdığı yardımın məbləği açıqlandı

2024-02-24 22:55:58

AB-nin Ukraynaya ayırdığı yardımın məbləği açıqlandı

Avropa Birliyi (AB) 24 fevral 2022-ci ildən Ukraynaya 130 milyard avrodan çox yardım proqramları ayırıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel məlumat verib.

"Biz 24 fevral 2022-ci ildən Ukraynanı dəstəkləmək üçün 83 milyard avro ayırdıq. Daha 50 milyard avro makromaliyyə yardımının əlavə paketinə daxildir", - Mişel bildirib.