📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AB rəsmisi Azərbaycana gəlir

2024-06-19 22:32:20

AB rəsmisi Azərbaycana gəlir

Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hekstr noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən Hurriyyet.az-a verilən məlumata görə, komissar Hekstr COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.