📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AB XİN başçıları toplanır: Gündəm Rusiya...

2021-12-11 12:30:00

AB XİN başçıları toplanır: Gündəm Rusiya...

Dekabrın 13-də Avropa Birliyi (AB) ölkələrinin xarici işlər nazirləri Brüsseldə bir araya gələcək.

Hurriyyet.az xəbər verir ki, iclasda əsas mövzu Rusiya və Ukrayna arasındakı gərginlik olacaq.

Bundan başqa, Belarus və Əfqanıstanda baş verən son proseslər, AB-nin Mərkəzi Asiya və Afrika ölkələri ilə əlaqələri, Efiopiyadakı gərginlik müzakirə ediləcək.

Qeyd edək ki, AB Rusiyanın Ukrayna sərhədində hərbi varlığını artırması ilə bağlı açıqlamalarından sonra prosesləri narahatlıqla izləyir.